10 
İyl
2020
11:13
57
165
5583
Virtual karabakh

Attraksionlarda qışqırmaq qadağan edildi - VİDEO

10 İyl, 2020
11:13
5583

Attraksionlarda qışqırmaq qadağan edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19 virusunun yayılmasını minimuma endirmək üçün əyləncə parklarındakı attraksionlarda qışqırmaq qadağan edilib. 

RTVİ-nin məlumatına görə, söhbət Yaponiyadan gedir.

Bildirilir ki, bu addımın atılmasına səbəb öskürək və danışmaqla yanaşı, qışqırarkən də virusu yayacaq kiçik damcıların ağızdan uçmasıdır.

Lakin qərar birmənalı qarşılanmayıb. Ziyarətçilər attraksionlarda əylənərkən qışqırmamağın mümkün olmadığını bildiriblər. Park nümayəndələri də buna cavab üçün maraqlı video hazırlayıblar.

Kadrlarda park nümayəndələrinin səssiz şəkildə attraksionda oturduqları görünür. Video “Xahiş edirəm, ürəyinizdə qışqırın” yazısı ilə bitir.

Bundan əlavə, parklarda maska taxmaq tələb olunur.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri