14 
İyl
2020
10:41
297
13
5250
Virtual karabakh

Karantinə görə başqa ölkədə qalan tələbə vətəninə velosipedlə qayıtdı - FOTO

14 İyl, 2020
10:41
5250

Karantinə görə başqa ölkədə qalan tələbə vətəninə velosipedlə qayıtdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstandan olan tələbə Kleon Papadimitriu uçuşların ləğvi səbəbindən Şotlandiyada ilişib qalsa da, bu, onu ruhdan salmayıb və o, doğma Afinasına velosipedlə qayıdıb.

CNN-nin məlumatına görə, gənc 48 gün yol gedib.

Aberdin Universitetinin tələbəsi mart ayında vətəninə qayıtmalı idi. Tələbələrin çoxu evinə getmişdi, Kleon isə dərsləri buraxmaq istəmədiyindən, bir müddət də qalmaq qərarına gəlib. Lakin sonradan uçuşlar ləğv olunub.

Bundan sonra gənc Yunanıstana velosipedlə qayıtmaq qərarına gəlib. Bu barədə ailəsinə dedikdə, onlar bunun sadəcə müvəqqəti fikir olduğunu düşünüblər. Atanın qoyduğu yeganə şərt isə oğlunun telefonuna yerini müəyyənləşdirməyə imkan verəcək tətbiq yükləməsi olub.

Kleon çörək, balıq konservləri, fıstıq yağı və çadır götürərək, mayın 10-da səfərə başlayıb. O, velosipedlə İngiltərəni, Niderlandı, Almaniyanı, Avstriyanı keçib, İtaliyanın şərq sahilindən isə qayıqla Yunanıstanın Patra limanına gedib. Buradan da velosipedlə Afinaya kimi yürüş edib.

Yol boyunca o, meşə və düzənliklərdə çadırda gecələyib, bəzən Avropa ölkələrində olan dostlarının evlərində də qalıb.

Səfəri haqqında danışan Kleon bildirib ki, bunun sayəsində komfort zonasından çıxmağı bacarıb və öz gücünə inamı artıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri