15 
İyl
2020
14:29
36
290
10467
Virtual karabakh

Ölü hesab edilən kişi meyitxanada özünə gəldi, amma həkimlər onu buraxmaq istəmədilər - FOTO

Canlı olduğu halda ölü hesab edildi, meyitxanaya yerləşdirildi, özünə gəldikdə isə həkimlər onu buraxmaqdan imtina etdilər.

“Daily Mirror”un məlumatına görə, qəribə hadisə Kolumbiyada baş verib.

67 yaşlı Xuan Xose Munos Romero yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşdirilib. Bir neçə saatdan sonra onun qohumlarına pasiyentin öldüyü barədə məlumat verilib. Ancaq COVID-19 pandemiyasına görə qoyulan tələblərlə əlaqədar cəsədi verməkdən imtina ediblər.

Qadağaya baxmayaraq, Romeronun qızı meyitxanaya girə bilib və görüb ki, atası nəinki ölməyib, hətta özünə gəlib. Buna baxmayaraq, tibb işçiləri qızı inandırmağa çalışıblar ki, o ölüb, göstərdiyi həyat əlamətləri isə ölümdən sonra müşahidə edilən normal fiziki reaksiyadır.

Qadın onların iddialarına inanmayıb və atasının başqa xəstəxanaya köçürülməsini tələb edib.

Hazırda kişi yaşayır və müalicə alır. Ancaq doğmalarının sözlərinə görə, kişinin meyitxanada keçirdiyi vaxt təsirsiz ötüşməyib. Hazırda Romero işemiyadan əziyyət çəkir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri