18 
İyl
2020
05:59
30
469
8510
Virtual karabakh

İtlərin hücumundan sonra 50 dəfə əməliyyat olundu - FOTO

18 İyl, 2020
05:59
8510

İtlərin hücumundan sonra 50 dəfə əməliyyat olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada beş yaşlı Rayder Uelss iki rotveylerin hücumundan sonra uşaqların və böyüklərin lağ hədəfinə çevrilib.

Onun hekayəsi barədə “Daily Mail” yazıb.

Faciə uşaq hələ iki yaşında olarkən baş verib. O, həmin vaxt sağ yanağını, aşağı göz qapağını, dodağının 75 faizini itirib, dişləri və qolları sınıb, sağ ağciyəri deşilib. Həkimlər uşağın anası Brittaniyə hər şeyə hazır olması ilə bağlı xəbərdarlıq edib. Ancaq uşaq sağ qalıb və tibb işçiləri bunu möcüzə adlandırıblar.

Rayder yeməyi və içməyi yenidən öyrənmək məcburiyyətində qalıb. O, 50 plastik əməliyyatdan keçib. Bununla belə, üzünün dəhşətli görüntüsü çoxlarında qorxu yaradır. Uşaq ətrafdakıların onun üzünü görməməsi üçün eynək taxır və papaq geyinir.

Rayder bundan sonra da bir sıra əməliyyatlardan keçməlidir.

Brittani oğlunun heç zaman başqaları kimi görünməyəcəyini deyir:

“Oğlum hər gün çoxlu maneələrlə üzləşir. Lakin hər gün ona deyirəm ki, hamı fərqli gözəlliyə sahibdir və fərqlənmək normaldır. Onun özünün dost dairəsi var və bu, oğlumda özünəgüvən hissi yaradır”.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri