18 
İyl
2020
06:21
24
558
11497
Virtual karabakh

Bazarın ortasında doğduğu uşağı polietilen torbada küçəyə tulladı - VİDEO

18 İyl, 2020
06:21
11497

Bazarın ortasında doğduğu uşağı polietilen torbada küçəyə tulladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazarda, dükanların birində sancısı tutan qadın oradan qaçaraq, ayaqyoluna girib və uşaq dünyaya gətirib. Sonra isə yeni doğulan körpəni polietilen paketə qoyaraq, satış pavilyonlarının yanına tullayıb.

“RİA Novosti”nin məlumatına görə, hadisə Rusiyanın Stavropol diyarında baş verib.

Bildirilir ki, hamilə qadının hərəkətindən şübhələnən və onu izləyən satıcılardan biri uşağı tapıb və dərhal təcili tibbi yardım xidmətinə zəng edib. Həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının köməyi ilə qadının kimliyini müəyyən ediblər. 

“Uşağı əlimdə tutanda anladım ki, o, mənə lazım deyil və bu yolla ondan qurtulmaq istədim”, - deyə, qadın ifadəsində bildirib.

O, “ananın yeni doğulmuş körpəni öldürməyə cəhdi” maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri