25 
İyl
2020
10:49
437
25
5189
Virtual karabakh

28 il öncə verdiyi sözə görə lotereyada udduğu 22 milyon dolları dostu ilə bölüşdü - VİDEO

25 İyl, 2020
10:49
5189

28 il öncə verdiyi sözə görə lotereyada udduğu 22 milyon dolları dostu ilə bölüşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ vətəndaşı Tom Kuk 28 il öncə dostu Co Finə verdiyi sözünə əməl edərək, lotereyada qazandığı pulu onunla bölüşüb.

Bu barədə “TJournal” xəbər yayıb.

Bildirilir ki, 1992-ci ildə dostlar əl sıxaraq razılaşıblar ki, onlardan hansı lotereyada udsa, mükafatın yarısını digəri ilə bölüşəcək.

T.Kukun bəxtinə lotereyalardan birində 22 milyon dollar pul düşüb. Ancaq birdəfəlik nağd ödəmə opsiyasını seçdiyi üçün o, 16,7 milyon dollar götürə bilib. Vergi də çıxıldıqdan sonra dostların hər birinə 5,7 milyon dollar qalıb.

Nə Kukun, nə Finin uduşla bağlı xüsusi planları var. Fin təqaüddədir, qazandığı məbləğdən sonra Kuk da pensiyaya çıxmaq qərarına gəlib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri