Avq
2020
07:59
202
40
10148
Virtual karabakh

“Buz dövrü” barədə əsl həqiqət məlum oldu

2 Avq, 2020
07:59
10148

“Buz dövrü” barədə əsl həqiqət məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mamontlar və digər nəhəng heyvanlar vulkan püskürməsi nəticəsində yaranan soyuq iqlimə  görə məhv olublar. Buna qədər hesab olunurdu ki, temperatur dəyişikliyi Yerə meteoritin düşməsi ilə əlaqədardır.

Bu barədə 360 TV xəbər yayıb.

Tədqiqatçılar Mərkəzi Texasdakı “Hall” mağarasında qazıntı işləri apararkən əvvəllər yerüstü təsir qalıqları ilə səhv saldıqları püskürmə əlamətlərini aşkarlayıblar. Elm adamları maddələrin biokimyəvi analizini aparıblar və onların içərisində yerdənkənar bir şey olmadığını müəyyən ediblər: Bunlar meteorit deyil, lava idi.

Beləliklə, çox güman ki, 13 min il əvvəl bir çox vulkanın püskürməsi səbəbindən Yer səthinin üstündə qatı suspenziya meydana gəlib, bu da günəş şüalarının keçməsinə imkan verməyib. Nəticədə buz dövrü yaranıb, ardınca isə heyvanlar məhv olub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri