Sen
2020
08:52
24
222
7346
Virtual karabakh

Uşağın oyuncaq tapançasına görə aeroportda qalmaqal yaşandı - VİDEO

5 Sen, 2020
08:52
7346

Uşağın oyuncaq tapançasına görə aeroportda qalmaqal yaşandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşağın çantasındakı oyuncaq tapançasına görə aeroportda ana ilə əməkdaşlar arasında qalmaqal yaşanıb. 

“LifeShot” “Telegram” kanalının məlumatına görə, hadisə Krımda Simferopol aeroportunda baş verib.

Bununla bağlı yayımlanan kadrlarda gənc qadının əsəbdən qışqırdığı görünür.

“Ana dərhal özündən çıxmadı. Bundan əvvəl o, təqribən 20 dəqiqə uşağın oyuncağının heç kimə zərər verməyəcəyini sübut etməyə çalışdı. Ancaq əməkdaşlar qulaq asmırdılar”, - deyə kadrları çəkən şəxs bildirir.

Son məlumatlara görə, uzun mübahisələrdən sonra onlar reysə buraxılıblar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri