12 
Sen
2020
02:30
16
168
6153
Virtual karabakh

Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı

12 Sen, 2020
02:30
6153

Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Burnunun ucundakı sızanaqla mübarizə 19 yaşlı qızda beyin xəstəliyi yaradıb.

“Daily Mail”in məlumatına görə, hadisə Çinin Çjetszyan əyalətində qeydə alınıb.

Sızanağı sıxdıqdan sonra qızın sağ göz nahiyəsi ağrımağa başlayıb. Bir neçə gündən sonra isə onun qızdırması qalxıb, gözü şişib.

Gənc qız kritik vəziyyətdə – 39 dərəcə temperatur və meningitin ilkin əlamətləri ilə xəstəxanaya çatdırılıb.

Məlum olub ki, onda göz yuvasının arxasındakı boşluqda kavernoz sinusun trombozu yaranıb.

İnfeksiya mənbəyi diş, qulaq, burun və ya sinus ola bilər. Ehtimal ki, sözügedən hadisə zamanı infeksiya sıxılmış sızanaq vasitəsi ilə daxil olub. Kavernoz sinus trombozu olan hər üçüncü xəstə ölür.

Qıza antibiotik kursu təyin olunub. Hazırda onun vəziyyəti stabildir, lakin müalicəsini xəstəxanada davam etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri