17 
Sen
2020
07:39
112
25
2757
Virtual karabakh

Oğurlandıqdan sonra tapılan telefonda “cinayətkarın” selfisi və VİDEOSU aşkarlandı

17 Sen, 2020
07:39
2757

Oğurlandıqdan sonra tapılan telefonda “cinayətkarın” selfisi və VİDEOSU aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğurlanan telefonunu tapan gənc yaddaş kartına baxanda “cinayətkar”ın çoxsaylı selfisini və videosunu aşkarlayıb.

BBC-nin məlumatına görə, maraqlı hadisə Malayziyada baş verib.

Tələbə olan Zakridz Rodzinin sözlərinə görə, o səhər yuxudan duranda telefonunu tapmayıb. Evdə heç bir soyğun əlaməti olmadığı üçün onu haradasa itirdiyini düşünüb.

Bir neçə gündən sonra Rodzinin atası evin qarşısında meymunun oynadığını görüb. Ata bu hadisədən şübhələnərək oğlunun nömrəsini yığıb və evinin arxasında olan meşədən telefonun zəngininin səsinin gəldiyini eşidib. Səsə doğru gedən ata telefonu palma ağacının altında palçığın içində tapıb.

Gəncin əmisi zarafat xatirinə ona telefonun yaddaş kartını yoxlamağı təklif edib. Rodzi əmisinin dediyini etdikdə orada “caninin” - meymunun çoxlu şəkillərini, videosunu aşkarlayıb.

Kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri