17 
Sen
2020
21:37
204
42
2743
Virtual karabakh

COVID-19-a görə ayrı düşən baba və nənənin romantik görüşləri - FOTO

93 yaşlı baba koronavirusa yoluxan 87 yaşlı həyat yoldaşını yoluxmaq üçün xəstəxanaya görüşə gedib.

“Mash” “Telegram” kanalının məlumatına görə, kadrlar Dağıstandandır.

Bildirilir ki, Əli və Xədicə İsrafilovalar koronavirusa yoluxduqları üçün xəstəxanaya, ancaq ayrı-ayrı palatalara yerləşdiriliblər. Cütlük bir-birindən ötrü darıxmağa başlayıb. Lakin onlar təslim olmayıblar və görüşə çıxmağa başlayıblar.

Kanalın məlumatına görə, görüş zamanı onlar əl-ələ tutur və olub keçənlərdən söhbət edirlər. Bu iki həftə davam edib.

Artıq onlar xəstəliyə qalib gələrək evlərinə yollanıblar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri