23 
Sen
2020
06:14
111
78
4001
Virtual karabakh

Alimlər qədim misirli uşağın sifətini bərpa etdilər - FOTO

Alimlər eramızdan əvvəl 50-100-cü illərdə mumiyalanaraq dəfn edilən qədim misirli oğlanın üzünü bərpa etmək qərarına gəliblər.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Alınan təsvir uşağın qəbrinin üzərinə bərkidilmiş portretlə müqayisə edilib. Bənzərlik yüksək olub. Bununla belə, araşdırmaçılar təsvirdə uşağın olduğundan çox böyük göründüyünü vurğulayıblar, belə ki, mumiya 3-4 yaşlı birinə aid olub. Bundan əlavə, portretdəki körpənin burnu və dodaqları tərtib edilmiş 3D modelin göstərdiyindən daha dar idi.

Qeyd olunur ki, mumiya 1880-ci ildə Havara piramidasının yaxınlığındakı məzarlıqda aşkarlanıb. Uşağın sətəlcəmdən öldüyü müəyyən olunub. Onun portreti isə ölümü ərəfəsində çəkilib.

Portreti mumiyanın balzamlanmış üzünə qoymaq qədim Misirdə adi hal olub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri