23 
Sen
2020
02:48
24
175
6761
Virtual karabakh

Dünyanın ən incə belinə sahib olmaq istəyən qadın görənləri heyrətə gətirir - FOTO

23 Sen, 2020
02:48
6761

Dünyanın ən incə belinə sahib olmaq istəyən qadın görənləri heyrətə gətirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Corciya ştatının sakini amerikalı Semmi Uilson “Ginnesin Rekordlar kitabı”na düşmək üçün belini incəltməklə məşğuldur.

Bu barədə “Daily Mail” xəbər yayıb.

26 yaşlı S.Uilson 2019-cu ilin aprel ayında arıqlamağa başladığını deyib. Artıq çəkidən qurtulduqdan sonra o, bədən quruluşunu mükəmməlləşdirmək qərarına gəlib, bunun üçün günün 18 saatını 38 sm-lik korsetlə gəzməyə başlayıb.

“Mən dünyanın ən incə belinə sahib olmaq istəyirəm. 35 sm-ə çatdırsam, belim yeni doğulan körpənin başı boyda olacaq və indiki dünya rekordundan da 3 sm kiçik olacaq”, - deyə Uilson bildirib.

Onun sözlərinə görə, daha böyük nailiyyət üçün o, ayda bir dəfə korseti 36 saat əynindən çıxartmır.

Uilson görünüşünün bir çoxlarını heyrətləndirdiyini deyib. Bəziləri isə qadını yolda saxlayaraq belinin ağrıyıb-ağrımadığını soruşurlar.

Hazırda dünyanın ən incə beli 83 yaşlı amerikalı Keti Yunqdadır (38 sm).

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri