22 
Sen
2020
18:48
297
72
11945
Virtual karabakh

Atasını axtaran qadın yüzlərlə bacı-qardaşının olduğunu öyrəndi - FOTO

22 Sen, 2020
18:48
11945

Atasını axtaran qadın yüzlərlə bacı-qardaşının olduğunu öyrəndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atasız böyüyən qız hər zaman onu tanımaq istəyini qəlbində gəzdirib. Ancaq təsadüf nəticəsində kişinin kimliyini və üstəlik yüzlərlə bacı-qardaşının olduğunu öyrənəndə heyrətə düşüb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Fiona Derrok 1966-cı ildə Cənubi Afrikada dünyaya gəlib. Atasız böyüsə də, böyük və mehriban ailənin nə demək olduğunu bilib. Bütün qohumları arasında isə ən çox xaç atası olan ginekoloq-həkim Norman Uokeri çox istəyib.

Qızın Normanla gözəl münasibəti olub, ancaq 1977-ci ildə kişi intihar edib.

Fiona müəyyən vaxtdan sonra çox sevdiyi xaç atasının bioqrafiyasını öyrənmək qərarına gəlib. Öyrəndikləri onu şoka salıb: Sən demə Norman onun atası imiş. Qadın tədqiqatlarını davam edirdikdə heyrəti daha da artıb. Norman sonsuzluğun müalicəsinin tabu olduğu vaxtlarda bir çox pasiyentlərə könüllü şəkildə donorluq edib. Nəticədə Fiona ABŞ, İrlandiya, Yeni Zelandiya, Böyük Britaniya, Cənubi Afrika və Avstraliyadan ümumilikdə 300-ə yaxın bacı-qardaşının olduğunu öyrənib.

“Onların hamısı müxtəlif yaşlardadır”, - deyə gənc qadın vurğulayıb.

Fiona hazırda onlardan biri ilə əlaqə yarada bilib, digərləri ilə də ünsiyyət qurmağa hazırlaşır.

Qadın kiçik qızının babası Normana çox bənzədiyini deyir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri