27 
Sen
2020
07:41
143
59
8292
Virtual karabakh

Jurnalist fotosessiyada qırıcıların necə “poza verdiyini” göstərdi - FOTO/VİDEO

27 Sen, 2020
07:41
8292

Jurnalist fotosessiyada qırıcıların necə “poza verdiyini” göstərdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanından olan jurnalist  İnad əl-Otaibi “Twitter” mikrobloqunda fotoqrafların qeyri-adi işi ilə bağlı görüntüləri təqdim edib.

Bu barədə REN TV xəbər yayıb.

Videoda Kral Hərbi Hava Qüvvələrinin çəkilişləri zamanı kameralı şəxsin nəqliyyat təyyarəsində oturduğu və obyektivdən qırıcıları izlədiyi görünür. O, açıq lyukun qarşısında əyləşərək təyyarələrə hansı “pozanı” tutmaları barədə göstəriş verir.

Verilən məlumatlara görə, fotoqraf Ahmed Hader “F-15”, “Eurofighter Typhoon” və “Panavia Tornado”nun bir çox maraqlı görüntülərini çəkib. Kadrlarda təyyarələrin müxtəlif formasiyalarda necə durduqları və müxtəlif manevrlər etdikləri əks olunub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri