29 
Sen
2020
08:55
34
6
1055
Virtual karabakh

Alimlər: “Ana südü koronavirusdan qoruyur”

29 Sen, 2020
08:55
1055

Alimlər: “Ana südü koronavirusdan qoruyur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ana südü körpələri koronavirusdan qoruyur.

Gazeta.ru xəbər verir ki, Pekin Kimyəvi Texnologiyalar Universitetinin çinli araşdırmaçıları belə qənaətə gəliblər. Araşdırmaçılar insanın ağciyərlərinin və bağırsağının sağlam hüceyrələrini pandemiya başlamazdan qabaq toplanmış ana südü ilə qarışdırıblar.

Sonra onları yuyub təmizləyiblər və SARS-CoV-2 ilə yoluxdurmağa cəhd göstəriblər. Lakin bu prosedurdan sonra virus hüceyrələrin əksəriyyətinə daxil ola bilməyib. Hətta bu virusa müyəssər olsa belə, o, yeni virionlar yarada bilməyib.

Araşdırmaçıların fikrincə, bu ondan xəbər verir ki, ana südü koronavirisun, eləcə də digər virus və bakteriyaların yayılma sürətini azalda, yaxud onları məhv edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri