Okt
2020
09:13
33
703
6272
Virtual karabakh

Diş həkiminin qəbulundan sonra üç yaşlı uşaq komaya düşdü və öldü

6 Okt, 2020
09:13
6272

Diş həkiminin qəbulundan sonra üç yaşlı uşaq komaya düşdü və öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Diş həkiminin qəbulundan sonra üç yaşlı uşaq komaya düşüb, səhəri gün isə ölüb.

Lenta.ru-nun məlumatına görə, dəhşətli hadisə Dağıstanın Mahaçkala şəhərində yaşanıb.

İstintaqın versiyasına görə, stomatoloji xidmət zamanı pasiyentin ürəyi dayanıb. Klinikanın həkimləri ilkin yardımdan sonra uşağı xəstəxanaya yerləşdiriblər, səhəri gün isə uşaq orada dünyasını dəyişib.

Uşağın ölüm səbəbi hələ müəyyən edilməyib. Baş verənlərlə əlaqədar cinayət işi açılıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Orenburq şəhərində də analoji hadisə yaşanmışdı. Doqquz yaşlı qız dişi çəkiləndən sonra ölmüşdü. Həkimlər onun narkozdan ayılmadığını bildirmişdilər.

Hadisə ilə bağlı uşağın valideynləri hüquq mühafizə orqanlarına müraciət ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri