Okt
2020
18:10
557
56
4895
Virtual karabakh

DOST mərkəzinə 200 000-ci vətəndaş müraciət edib - FOTO

5 Okt, 2020
18:10
4895

DOST mərkəzinə 200 000-ci vətəndaş müraciət edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün DOST mərkəzlərinə artıq 200 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, paytaxtın Səbail rayon sakini Cəmilə Səfərovanın 1 saylı Bakı DOST Mərkəzinə etdiyi müraciət əlilliyin bərpa olunması ilə bağlı olub. Müraciətə uyğun müvafiq tədbir görülüb və vətəndaş göstərilən xidmətdən məmnun qaldığını bildirib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov xidmətlərdən istifadə edən 200 000-ci vətəndaşa qurumun təşəkkürnaməsini təqdim edib.

Vətəndaş Cəmilə Səfərova DOST xidmətlərindən razılığını qeyd edib və dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin may ayından Bakıda artıq üç DOST mərkəzi yaradılıb və paytaxtın 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) DOST xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir.

Qarşıdakı dövrdə Bakıda və respubikanın bölgələrində yeni DOST mərkəzlərinin açılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri