Okt
2020
12:24
46
590
14371
Virtual karabakh

Moskva metrosunda sərnişinləri silahla hədələdi - VİDEO

Sosial şəbəkələrdə metroda sərnişinləri silahla hədələyən kişinin görüntüləri yayılıb.

“Podyom” “Telegram” kanalının məlumatına görə, kadrlar Rusiyada, Moskva Metropolitenində stansiyaların birində qeydə alınıb.

“Münaqişənin nədən başladığını görmədim. Onlar mən qatara girməzdən əvvəl başlamışdılar. Dava edənlərin Orta Asiyalı olduğunu düşünürəm. Görünüşcə içkili olduqları hiss edilmirdi. Silahı olmayanın üstündə qan var idi. Nəticədə, mən maşinistin vasitəsilə polis çağırdım. Stansiyada onu polis apardı”, - deyə kadrları qeydə alan şahid bildirib.

Son məlumatlara görə, münaqişədə iştirak edən hər üç şəxs saxlanılıb. Davanın məişət zəminində baş verdiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri