Okt
2020
14:17
37
1416
22363
Virtual karabakh

Körpəsini altı ay şkafda saxladı: Acından ölməsini gözlədi - VİDEO

9 Okt, 2020
14:17
22363

Körpəsini altı ay şkafda saxladı: Acından ölməsini gözlədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

37 yaşlı qadın yeni doğulan körpəsini altı ay şkafda saxlayıb.

E1.ru-nun məlumatına görə, dəhşətli hadisə Rusiyanın Karpinsk şəhərində qeydə alınıb.

Tanışı İrinanın sözlərinə görə, Yuliya uşağı dünyaya gətirdikdən sonra hamıya onun öldüyünü deyib. Heç kimin uşağın sağ olmasından və şkafda çantada saxlanılmasından xəbəri olmayıb.

Qadının ondan başqa iki övladı da var: 13 yaşlı oğlu və üç yaşlı qızı.

“Oğlan nəyə görə isə susurdu, qız isə bağçada deyirdi ki, onların lap “canlı kimi” gəlinciyi var, adı Polinadır. Ancaq heç kim buna diqqət etmirdi, düşünürdülər ki, qız balacadır, bu da onun fantaziyasıdır.

Bir neçə gün öncə Yuliyanın dostları onun evinə yığışır, içki məclisi olur. Sonra qəribə səslər eşitməyə başlayırlar, ana bu vaxt artıq sərxoş idi. Qonaqlar səsin şkafdan gəldiyini görüb, qapını açırlar və çantanın içində uşağı görüblər.

Qonaqların əksəriyyəti içkili olub, ağlamağa, uşağı videoya çəkməyə başlayıblar. Uşağı dərhal evlərinə aparıblar. İçkili olduqlarından polis çağırmayıblar. Səhəri gün isə həm təcili yardım, həm də polis çağırırlar”, - deyə İrina bildirib.

Yerli sakinlərdən birinin sözlərinə görə, qadın uşağı acından öldürmək istəyib, ancaq 13 yaşlı qardaşı onu yedirdib.

Məlumata görə, hazırda uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, qadın isə ruhi xəstəxanaya aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

(Həssas insanların videoya baxması tövsiyə olunmur)

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri