Okt
2020
10:42
225
121
22808
Virtual karabakh

1900-cu ilə aid şəkildəki qeyri-adi detal görənləri qorxutdu - FOTO

9 Okt, 2020
10:42
22808

1900-cu ilə aid şəkildəki qeyri-adi detal görənləri qorxutdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1900-cü ildə çəkilmiş ağ-qara fotoşəkil sosial şəbəkə istifadəçilərini çaş-baş qoyub.

“Daily Mail”in məlumatına görə, köhnə fotoda qorxunc detal “Mumsnet” forumunun iştirakçılarının nəzərini cəlb edib.

Şəkil Şimali İrlandiyanın paytaxtı Belfastda çəkilib. Orada kətan fabrikinin 15 qadın işçi təsvir edilib. İstifadəçilərdən biri fotoşəkildə qeyri-adi nə olduğu barədə təxminləri irəli sürməyi təklif edib.

Şərhçilər qadınlardan birinin çiynində tək əl gördüklərini yazmağa başlayıblar. Sosial şəbəkə istifadəçiləri bu detala görə bərk qorxduqlarını dilə gətiriblər.

Məsələ burasında idi ki, həmin qadının arxasında onun həmkarı dayansa da, o, əlini sinəsində çarpazlamışdı. Bir çoxları əlin havadan çıxdığına bənzədiyini yazıblar. Digərləri isə fotodakı detalları fövqəltəbii qüvvələrin sübutu hesab ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri