10 
Okt
2020
03:10
40
728
8031
Virtual karabakh

Ana yeni çəkmə almaq üçün övladını satmağa çalışdı - VİDEO

10 Okt, 2020
03:10
8031

Ana yeni çəkmə almaq üçün övladını satmağa çalışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanlı qadın uşağını 300 min rubla (6 564 AZN) satmağa çalışıb.

REN TV-nin məlumatına görə, bu barədə “Alternativ Hərəkat”ı özünün “VKontakte” hesabında məlumat verib.

Qadın pul köçürülməsi zamanı cinayət başında tutulub.

“Alıcılar” elə hərəkat üzvləri olublar. Onlar uşağı pis, təhlükəli şərtlərin gözlədiyi barədə xəbərdar ediblər, amma qadın bunu vecinə almayıb. O, ağır həyatı barədə hekayə uyduraraq, pul lazım olduğunu deyib. Əslində isə hər şeyin o qədər də faciəli olmadığı ortaya çıxıb.

“Həyasızlığın ən yüksək həddi onun hər şeydən xəbəri olan bacısı ilə yazışmalarından və uşağı satandan sonra özünə çəkmə almaq barədə planlarından göründü”, - deyə təşkilatdan bildirilib.

Qadın nəzarətə alınıb. Onun bir neçə potensial real alıcı ilə yazışdığı məlum olub. Xoşbəxtlikdən qadın saxta alıcıların təklifini dəyərləndirib.

Hadisə ilə bağlı “insan alveri” maddəsi cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri