15 
Okt
2020
08:25
599
17
11524
Virtual karabakh

“Qırıcı” quşun sürət rekordu alimləri heyrətləndirib - FOTO

15 Okt, 2020
08:25
11524

“Qırıcı” quşun sürət rekordu alimləri heyrətləndirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alyaskadan Yeni Zelandiyaya 11 gün ərzində 7500 mil (12070,08 km) məsafə qət edən oxcüllüt quşu dayanmadan uçuş üzrə dünya rekordunu qırıb. Elm adamlarının “qırıcı-quş”  adını verdikləri lələkli bütün bu müddət ərzində hətta yemək və içmək üçün yerə enməyib.

Bu barədə “The Guardian” xəbər yayıb.

Bildirilir ki, alimlər quşun bədəninə yapışdırdıqları sensordan istifadə edərək quşun qeyri-adi səyahətini izləyə biliblər.

Layihə müəllifi Dr. Cessi Konklin oxcüllütü reaktiv qırıcı təyyarə ilə müqayisə edib.

“Bu quşun hətta görünüşü də qırıcı kimi görünür: uzun, sivri qanadlar və sürüşkən (hərəkət zamanı hava müqavimətini azaldacaq) forma. Bu, quşa çox aerodinamik potensial verir”, - deyə Konklin vurğulayıb.

Alimlər quşun marşrutunu xüsusi xəritədə qeyd ediblər. Quş sentyabrın 16-sında Alyaskadan çıxıb və sentyabrın 27-sində Yeni Zelandiyada enib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri