18 
Okt
2020
06:00
62
424
15313
Virtual karabakh

Pitonu xilas etmək istəyən qadın əməlinə görə peşman oldu - VİDEO

18 Okt, 2020
06:00
15313

Pitonu xilas etmək istəyən qadın əməlinə görə peşman oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəhəng ilanı maşının altından xilas edən qadın az sonra bu əməlinə peşman olub. Belə ki, piton onun ayağına dolanaraq buraxmaq istəməyib.

“Daily Mail”in verdiyi məlumata görə, hadisə Avstraliyanın Kvislend ştatında baş verib.

Məlumata görə, qadın qarajında olarkən pişiyin bir pitonu küncə sıxışdırdığını görüb. O, ilanı tutaraq yenidən təbiətə buraxmaq istəyib. Ancaq sürünənlər nəslinin nümayəndəsi onun ayağına dolanaraq sıxmağa başlayıb.

Polislərdən birinin üzərinə quraşdırılmış kameraya asayiş keşikçilərinin ilanı açmaq cəhdləri əks olunub.

Uzun cəhdlərdən sonra axır ki, bunu edə bilirlər. Polislərdən birinin sözünə görə, bu, uzun müddətdən bəri getdiyi ən maraqlı çağırış idi.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri