22 
Okt
2020
10:27
61
427
10735
Virtual karabakh

Təyyarədə qalmaqal: Sərnişinlərin gözü qarşısında ərinə şillə vurdu - VİDEO

22 Okt, 2020
10:27
10735

Təyyarədə qalmaqal: Sərnişinlərin gözü qarşısında ərinə şillə vurdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təyyarədə qadın bütün sərnişinlərin gözü qarşısında qalmaqal salan ərinə şillə vurub.

Bununla bağlı kadrları “Metro” yayımlayır.

Nəşrin məlumatına görə, hadisə İngiltərənin Mançester şəhərindən İspaniyanın Tenerife adasına uçan bir laynerin göyərtəsində baş verib. Təyyarə enməyə hazırlaşarkən bir kişi yerindən qalxaraq qışqırmağa başlayıb.

“Hamı sizə yalan danışır! Nə qədər uzun müddət maska taxsanız, bu, o qədər uzun müddət davam edəcək. Çıxarın onları”, - deyə bağırıb.

Ardından arvadı onu sakitləşdirməyə çalışıb, lakin kişi onu “axmaq” adlandırıb. Bunu eşidən qadın onun üzünə bir şillə vurur. Bundan sonra təyyarənin digər sərnişinləri də münaqişəyə qoşularaq, dava salan kişini sakitləşdirməyə və həyat yoldaşlarını ayırmağa çalışıblar.

Aviaşirkət daha sonra hadisəni təsdiqləyib və təyyarə endikdən sonra hüquq mühafizəçilərinin işə qarışdığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri