30 
Okt
2020
08:50
59
288
7967
Virtual karabakh

Yerlə toqquşma ehtimalı olan asteroiddə təhlükəli fenomen aşkarlanıb - FOTO/VİDEO

30 Okt, 2020
08:50
7967

Yerlə toqquşma ehtimalı olan asteroiddə təhlükəli fenomen aşkarlanıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Havay Universitetinin Astronomiya İnstitutunun alimləri “Apofis” asteroidinin sürətində səma cisminin 48 il sonra Yerlə toqquşma ehtimalına təsir edə biləcək təhlükəli dəyişikliklər aşkarlayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə universitetin saytında məlumat verilib.

Sürətlənmə səma cisminin gündüz isinən və gecə soyuyan səthində istilik şüalanması səbəbiylə zəif reaktiv impuls alması ilə izah olunub.

Asteroidin müşahidələri zamanı tədqiqatçılar “Apofis”in “Yarkovski effekti” səbəbiylə öz orbitindən ildə 170 metr kənara çıxdığını müəyyənləşdiriblər. Bu böyüklük 2068-ci ildə asteroidin trayektoriyasını dəqiq proqnozlaşdırmağı mümkünsüz etmək üçün kifayətdir.

“Apofis” dünyaya kifayət qədər yaxındır. 2029-cu ilin aprel 13-də səma cismini adi gözlə görmək mümkün olacaq: asteroid 37 min kilometr məsafədə (Aydan demək olar ki, 10 dəfə yaxın) Yer orbitində rabitə peyk kəmərindən keçəcək, lakin bu anda Yer üçün təhlükə yaratmayacaq.

Bundan sonrakı müşahidələr XXI əsrin ikinci yarısında bir toqquşma ehtimalını müəyyənləşdirməyə kömək etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri