11 
Noy
2020
05:50
192
20
3768
Virtual karabakh

Filmin personajlarının oyuncaqları yaşlı cütlüyü milyoner etdi - VİDEO

11 Noy, 2020
05:50
3768

Filmin personajlarının oyuncaqları yaşlı cütlüyü milyoner etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada yaşlı cütlüyün zibil qabına atmağa hazırlaşdığı oyuncaqlar onları zəngin insanlara çevirib.

REN TV xəbər verir ki, qonşularının ölümündən əvvəl onlara vəsiyyət etdiyi əşyaların bəzilərini zibil qabına atmağa hazırlaşan yaşlı cütlük təsadüfən atdıqları zibil paketinin içinə baxmaq qərarına gəliblər.

Məlum olub ki, vəfat edən qonşuları uzun illər “Ulduz müharibələri” filminin personajlarının oyuncaqlarının kolleksiyasını toplayıb.

Yaşlı cütlüyün oğlu oyuncaqların dəyərli əşyalar olduğunu öyrənib və onları hərraca çıxarıb.

Nəticədə təkcə bir fiqur hərracda 20 min ABŞ dollarına (34 min manat) satılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri