14 
Noy
2020
02:15
181
34
5529
Virtual karabakh

Qədim mumiyaların kompüter tomoqrafiyasının fotoları yayımlandı - FOTO

14 Noy, 2020
02:15
5529

Qədim mumiyaların kompüter tomoqrafiyasının fotoları yayımlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misir türbəsində aşkarlanan üç qədim mumiyanın nəhayət sirləri açıqlanıb.

Bu barədə “PLOS ONE” xəbər yayıb.

Məlumata görə, 1615-ci ildə tapılan mumiyalar ilk dəfə kompüter tomoqrafiyası ilə skan edilib. Qalıqların 20 yaşlı gəncə, 30 yaşlı qadına və 17 ilə 19 yaş arası yeniyetmə qıza məxsus olduğu ortaya çıxıb.

Cəsədlərin zinət əşyaları, sikkələr və qiymətli əşyaları ilə birlikdə dəfn edildiyi qeyd olunur. Tədqiqatçıların fikrincə, onlar xəstəlik səbəbindən gənc yaşlarında ölüblər. Alimlər yarılma zamanı qalıqlara zərər verməmək üçün tomoqram etmək qərarına gəliblər.

Bu üç mumiyanı digərlərindən daha dəyərli edən isə, onların qədim Misir nekropolu Saqqaradan günümüzə gələn “portret mumiyaları” olmasıdır. Cəsədlər lövhələrin üzərinə qoyulur, kəfən çəkilir, sonra isə gips və qızılla örtülürdü. Yaranan sarkofaqın üzərinə mərhumun portreti çəkilirdi.

Araşdırmaya görə, ən azı bir mumiya bütün daxili orqanlarla birlikdə basdırılıb. Onun yüksək təbəqəyə aid olduğunu göstərən zinət əşyaları isə qadınla birlikdə dəfn edilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri