18 
Noy
2020
04:30
464
25
6365
Virtual karabakh

Moskva metrosunda gənc qız oğrunu döydü - VİDEO

18 Noy, 2020
04:30
6365

Moskva metrosunda gənc qız oğrunu döydü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə metroda gənc qızın oğruya hücum çəkməsi ilə bağlı görüntülər paylaşılıb.

“Moskviç Mag”ın məlumatına görə, kadrlar Moskva metrosundandır.

Videodan görünür ki, qadın sərnişin demək olar ki, boş vaqonda oturacaqda əyləşib. Bu vaxt onun yanından keçən kişi qadının əlindən telefonu götürərək çıxışa tərəf yollanır.

Bunu görən başqa bir sərnişin ayağa qalxalaraq cinayətkarı bir neçə dəfə vurur. Telefon sahibi isə baş verənləri dərhal anlamır. Başa düşdükdə isə oğrunun dalınca qaçır.

Kişi artıq saxlanılıb. Onun 40 yaşlı əcnəbi olduğu öyrənilib. Ona qarşı qarət maddəsi ilə cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri