21 
Noy
2020
04:00
302
48
7147
Virtual karabakh

İki ay əvvəl oğurlanan uşaq evinin 20 kilometrliyində zirzəmidə tapıldı - FOTO/VİDEO

21 Noy, 2020
04:00
7147

İki ay əvvəl oğurlanan uşaq evinin 20 kilometrliyində zirzəmidə tapıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Vladimir vilayətində itkin düşən yeddi yaşlı  Saveli Roqovçev iki aydan sonra sağ-salamat tapılıb.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, o, məktəbdən qayıdarkən avtobusdan düşüb, ancaq evinə çatmayıb.

Savelinin axtarışına polislər, hərbçilər və könüllülər qoşulub. Ancaq nəticə verməyib.

Uşaq evinin 20 kilometrliyində tapılıb. Kömək gözlənilməz yerdən - Interpoldan gəlib. Onlar DİN-ə “darknet”də olan məlumatı ötürüblər. Orada deyilirdi ki, bir kişi evində bir uşağı zorla saxlayır. Sonradan bu məlumatlar öz təsdiqini tapdı.

Uşaq oğurluğu ilə əlaqədar 26 yaşlı Dmitri Kopılov saxlanılıb. Uşaq onun evinin zirzəmisindən çıxarılıb.

Saveli artıq valideynlərinə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri