25 
Noy
2020
08:30
30
306
9992
Virtual karabakh

Tarixə düşən faciəvi vulkan püskürməsinin yeni qurbanları tapıldı - FOTO

25 Noy, 2020
08:30
9992

Tarixə düşən faciəvi vulkan püskürməsinin yeni qurbanları tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arxeoloqlar Pompeydə Vezuvi vulkanının püskürməsi (e.ə. 79-cu il) nəticəsində həlak olan zəngin şəxsin və köləsinin qalıqlarını aşkarlayıblar.

Bu barədə Phys.org saytında məlumat verilib.

Kəllə və bədən sümüklərinin yeni fraqmentləri Aralıq dənizinə mənzərəsi açılan villanın dağıntıları altında tapılıb. Araşdırmaçılar hesab edirlər ki, onlar kül püskürməsi zamanı sağ qalıblar, lakin səhəri gün güclü vulkan partlamasında həlak olublar. Onlar iki metr dərinlikdə qalın kül örtüyünün altında qalıblar.

Kəllə və diş sümüklərinin təhlili qurbanlardan birinin 18-25 yaşında olduğunu göstərib. Ağır əmək səbəbindən onun onurğa diskləri deformasiyaya uğramış şəkildə olub. Digəri 30-40 yaşlarında güclü bədən quruluşuna sahib adam olub.

Qurbanların qalıqları kriptoportikum adlanan yeraltı dəhlizin tərəfində yerləşən otaqda tapılıb.

Ehtimal ki, onlar villanın altında təhlükəsiz olduqlarına inanıblar, ancaq bərk yanılıblar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri