26 
Noy
2020
11:06
533
16
6331
Virtual karabakh

Maral ovçunun silahını əlindən alıb meşəyə qaçdı

26 Noy, 2020
11:06
6331

Maral ovçunun silahını əlindən alıb meşəyə qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyanın Çeske Budeyevitse şəhərində ovçular polisə inanılmaz hadisə barədə məlumat veriblər. Belə ki, bir qrup ovçu meşədə kiçik ov üçün gəzəndə, onlardan biri maral tərəfindən “tərksilah” edilib.

Bu barədə “Der Spiegel” yerli polis idarəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, itlərin hürməsindən hürkdüyü ehtimal olunan maral əlində silah olan ovçulardan birinin üzərinə doğru qaçıb, onun çiynini əzib və buynuzu ilə qolunu yırtıb. Bu zaman ovçunun silahı yerə düşüb, maral isə tüfəngi buynuzları ilə qaldırıb və hadisə yerindən qaçaraq uzaqlaşıb.

Təqribən bir saat sonra maral Bohem meşəsində görünüb, silah hələ də onun buynuzlarında olub.

Ovçular hadisə barədə polisə məlumat verməli olublar.

Hüquq mühafizəçiləri meşədə ov tüfəngi tapan hər kəsi onu ən yaxın polis bölməsinə təhvil verməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri