29 
Dek
2020
17:48
679
25
12357
Virtual karabakh

Azərbaycandan olan görüntü ilin ən qeyri-adi şəkilləri siyahısında - FOTO

29 Dek, 2020
17:48
12357

Azərbaycandan olan görüntü ilin ən qeyri-adi şəkilləri siyahısında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Reuters” bitməkdə olan ilin ən qeyri-adi fotolarının qalereyasını hazırlayıb. Onların içində Azərbaycandan olan görüntü də yer alıb. Həmin kadrda “Qaz-24” markalı avtomobilin damına quraşdırılmış yük yerində bir sürü qazı daşıyan sürücü əks olunub.

Siyahıda həmçinin dünyanın müxtəlif yerlərindən maraqlı anlar görüntülənib.

Misirin cənubundakı Nubiya kəndinin sakini dəvə ilə oynayır

Tokiodakı məbədlərdən birində ənənəvi buzlu su ilə yuyunma mərasimindən əvvəl Sintoizm ardıcılları

Fırtınadan gələn okean köpüyü Cənubi Afrikanın cənub-qərbindəki Keyptaunun sahil bölgələrini bürüyür

Latviyanın Riqa şəhərində şərab yoqası

Stavropolda duman

İsveçrənin Lütsern şəhərində karnaval

“YouTube” bloqerləri Tokioda Ticarət rayonunda donuz maskasında video çəkirlər

Çex Respublikasında Orlits dağlarında “it xizək yarışı”ndan əvvəl

Münhendə inşaat sahəsində pianoçu Alen Roşun konserti

Çinin Harbin şəhərində keçirilən “Buz və Qar Heykəl Festivalı”nda pinqvinlər

Lozanada Qış Gənclər Olimpiya Oyunlarında sərbəst xizək yarışları

İtaliyanın Palermo şəhərindəki  tirannozavr geyimli adam çimərlikdə gəzir.

İngiltərənin Houv şəhərində sahildə məşq zamanı gimnast

İndoneziyalı dərzi pişiklər üçün  kospley geyimləri hazırlayır

Alp təpələrində isveçrəli rəssamlar Frank və Patrik Riklinin hazırladıqları instalyasiya

Qəzza şəhərindəki fələstinli parkurlarda

Hindistanın Çennai şəhərində koronavirus formasında maşın

Londondakı Sent-Ceyms Parkında bir kişi və pelikan

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri