Yan
2021
05:30
222
90
8618
Virtual karabakh

Torontoda daha bir sirli monolit aşkarlanıb - FOTO/VİDEO

3 Yan, 2021
05:30
8618

Torontoda daha bir sirli monolit aşkarlanıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Toronto şəhərində daha bir sirli monolit tapılıb.

Bu barədə “CTV News” xəbər verir.

Təxminən 3.5 metr hündürlükdə olan obyekt 31 dekabr gecəsi Ontario Gölü sahillərində müəmmalı şəkildə ortaya çıxıb. Quruluşca o, digər ölkələrdə artıq tapılmış monolitlərə bənzəyir.

Boyu iki insan boyu olan parlaq metalın ilk monoliti noyabrın sonlarında ABŞ-ın Yuta ştatında səhrada aşkar edilib. Bir neçə gün sonra o eyni dərəcədə müəmmalı şəkildə yoxa çıxıb.

Sonra oxşar obyektlər Almaniya, Niderland, Rumıniya, Boliviya, İspaniya və digər ölkələrdə tapıldı. Yeni ilin ilk günündə isə İngiltərənin Solsberi şəhərinin yaxınlığında üzərində Yeni il təbrikləri olan başqa bir monolit tapılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri