Yan
2021
21:23
35
490
15882
Virtual karabakh

Nazarbayev ilk dəfə nəvəsinin ölümünü şərh etdi: “Artıq bu işin köləsinə çevrilmişdi...”

9 Yan, 2021
21:23
15882

Nazarbayev ilk dəfə nəvəsinin ölümünü şərh etdi: “Artıq bu işin köləsinə çevrilmişdi...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev nəvəsi Aysultan Nazarbayevin ölümünü ilk dəfə şərh edib.

“Tengrinews”un məlumatına görə, bu barədə o, “Ştrixi k portretu. Liçnoe” (“Portretə ştrixlər. Özəl”) sənədli filmində danışıb.

“Təəssüf ki, bu il mənə çox oxşayan bir nəvəmizi itirdik. Bu qədər erkən yaşında həyatdan gedən nəvəm üçün çox təəssüf edirəm”, - deyə Nazarbayev bildirib.

Onun sözlərinə görə, Aysultan Moskvada və Londonda müalicə  alıb.

“Aysultanı başqa yerə göndərməmək də olardı, amma onu saxlamaq mümkün deyildi. Artıq bu işin köləsinə çevrilmişdi, dayana bilmirdi. Sanki qurtulurdu, amma yenidən qayıdırdı”,  - deyə keçmiş prezident olanlar barədə danışıb.

Qeyd edək ki, Aysultan Nazarbayev Dariqa Nazarbayeva və mərhum Rahat Əliyevin böyük oğlu idi. O, 2020-ci ilin avqust ayında Londonda vəfat edib. 29 yaşlı gəncin ölüm səbəbi kimi ürəyinin dayanması göstərilib.

2019-cu ilin iyul ayında Londonda olarkən Aysultan intihar etməsinə mane olmağa çalışan konstebli dişləmişdi. Bundan sonra o, şərti olaraq bir illik azadlıqdan məhrumetmə, 140 saatlıq ictimai iş, cərimə və bir neçə min funt-sterlinq məbləğində cəzaya məhkum edildi, həmçinin narkotik asılılığından müalicə almaq üçün narkoloq yanında azı 20 sessiyaya qatılmağı barədə göstəriş verildi.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri