12 
Yan
2021
15:27
23
336
5673
Virtual karabakh

Məktəbli cizgi film qəhrəmanı kimi geyinib özünü binadan atdı - FOTO/VİDEO

12 Yan, 2021
15:27
5673

Məktəbli cizgi film qəhrəmanı kimi geyinib özünü binadan atdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərində altıncı sinif şagirdi tənəffüs zamanı məktəbin dördüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə 360 TV xəbər yayıb.

Bildirilir ki, intihara cəhddən əvvəl uşaq sevimli cizgi filmi (anime) “Ölüm dəftəri”nin qəhrəmanı “Yaqami Layt” kimi qırmızı qalstuk taxıb.

Qeyd edək ki, “Ölüm dəftəri”ndə Ölüm Tanrısının necə darıxdığından söz açılır. Süjetdə fiziki və psixi zorakılıqlar, qeyri-ənənəvi seksual münasibətlər, insanların naturalist formada ölümünü göstərən və qarşılıqlı münasibətlərin mümkün variantlarını nümayiş edən səhnələr göstərilir.

Dekabr ayında Sankt-Peterburq məhkəməsinə bu və bir neçə başqa animenin qadağan olunması iddiası ilə müraciət edilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri