15 
Yan
2021
08:30
142
24
5541
Virtual karabakh

Jurnalist canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO

15 Yan, 2021
08:30
5541

Jurnalist canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

CNN-nin müxbiri Sara Sidner koronavirusdan zərər çəkən ailələrdən biri haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

Lenta.ru-nun məlumatına görə, jurnalist reportajında 11 gün ərzində anasını və atalığını koronavirusdan itirən bir qadın barədə danışıb.

“Bu cür ailələrin faciənin öhdəsindən necə gəldiyini görmək çox çətindir... Heç bir ailə bu sınaqdan keçməməlidir, - deyə müxbir göz yaşları içində deyib.

O, emosiyalarını göstərdiyinə görə studiyada aparıcılardan və tamaşaçılardan bir neçə dəfə üzr istəyib. Reportajın sonunda Sidner kədərli halda insanların qurban verməmək, yaxınlarını, dostlarını və qonşularını qorumaq üçün əllərindən gələni etmələri lazım olduğunu qeyd edib.

Kadrlar sosial şəbəkədə sürətlə yayılıb. Bir çox izləyici bunu ürəkparçalayan görüntülər olduğunu deyərək, hər kəsi ictimai yerlərdə maska ​​taxmağa inandırmaq üçün bu kadrlardan istifadə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri