15 
Yan
2021
04:00
15
166
5456
Virtual karabakh

Koronavirusdan sağalan daşıyıcı ola bilərmi?

15 Yan, 2021
04:00
5456

Koronavirusdan sağalan daşıyıcı ola bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19 xəstəliyindən sağalanlar ən az beş ay müddətinə virusa qarşı immunitet qazanırlar. Lakin bu insanlar hələ də xəstəliyin daşıyıcıları olaraq qala bilərlər.

Bu barədə İngiltərənin İctimai Sağlamlıq Cəmiyyəti PHE (Public Health England) məlumat verib.

“Bu sahədə araşdırmalar aparan alimlər belə qənaətə gəliblər ki, koronavirusa yoluxmayanlarla müqayisədə virusdan sağalanların immun sistemi COVID-19-a qarşı 83% daha güclü olur və ən azı beş ay müddətində bu səviyyədə qalaraq, təkrar yoluxma şansını azaldır. Lakin sağalanların bəziləri virus daşıyıcısı ola bilər. Belə ki, sağalmalarına baxmayaraq, onların orqanizmində virusun səviyyəsi yüksək olaraq qalır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, PHE-nin sözügedən araşdırmasına iyun ayında start verilib. Araşdırma çərçivəsində 20 787 koronavirus xəstəsi müayinə olunub. Onlardan 6614-nün sağaldıqdan sonra da daşıyıcı olduğu müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri