16 
Yan
2021
06:54
7
507
3738
Virtual karabakh

Koronavirusa görə 10 yaşlı oğlanın ayaqları kəsiləcək - FOTO/VİDEO

16 Yan, 2021
06:54
3738

Koronavirusa görə 10 yaşlı oğlanın ayaqları kəsiləcək - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusun yaratdığı fəsadla əlaqədar 10 yaşlı miçiqanlı Dişan Cemisonun ayaqları amputasiya ediləcək.

Bu barədə “Fox 17” telekanalı xəbər yayıb.

Məlumata görə, yüksək temperaturla xəstəxanaya çatdırılan uşağa “multisistem iltihab sindromu” diaqnozu qoyulub. Tibb işçilərinin sözlərinə görə, Cemisonun yaşadıqları koronavirus fəsadları ilə bağlı indiyə qədər gördükləri ən ağır haldır.

Həkimlər bildiriblər ki, sindrom 2-8 həftə arasında inkişaf edir.  Cemisonun vəziyyətində koronavirus simptomsuz olub, sindrom isə iki həftə sonra inkişaf etməyə başlayıb.

Sözügedən xəstəliyin simptomları arasında hərarət, göz qızarması, səpki, limfa düyünlərinin iltihabı, qusma və ishal var. Sindromun yaranmasının dəqiq səbəbi məlum deyil.

Sindrom uşağın ayaqlarında maye yığılması ilə nəticələnib. Həkimlər onları xilas etməyə çalışsalar da, sonda amputasiya lazım olduğunu ailəyə bildirmək məcburiyyətində qalıblar.

“Belə qərar vermək çox çətin idi. Mən sadəcə düşünürəm ki, görəsən ayaqları kəsiləndən sonra onu hansı həyat gözləyir? Futbol oynamağı və aktiv həyat tərzi sürməyi sevir. Bu, çox çətindir”, - deyə oğlanın anası Brittni Otman bildirir.

O, oğlunun daha sonra yenidən protezlərlə yeriyə biləcəyi fikri ilə özünü təsəlli edir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri