16 
Yan
2021
02:40
35
163
5041
yuxarı
İldırım vuran adam həmin anı telefona çəkdi - VİDEO
Braziliyalı Xose Omar de Oliveyranı ildırım vurub və o bu anı videoya çəkib.
Bu barədə “Zvezda” xəbər yayıb.
Məlumata görə, braziliyalı kişi bostanda işləyərkən yağış başlayıb. O, işlərinə fasilə vermək qərarına gəlib. Bu müddətdə ətrafdakı gözəl mənzərəni də telefonun yaddaşına köçürmək istəyib.
Kadrlarda kişinin şövqlə “Bu, İlahi təbiətdir. Əsrarəngiz səmaya bir baxın”, - dediyi eşidilir.
Lakin təbiət videoya öz “imzasını” qoymaq qərarına gəlir: Oliveyranı ildırım vurur.
Həmin an – ildırımın vurması, kişinin qışqıraraq yerə yıxılması kadrlarda qeydə alınıb.
Lakin xoşbəxtlikdən hadisə nəticəsində braziliyalı xəsarət almayıb.
De Oliveyra özü də başına gələnləri “İlahi qurtuluş” adlandıraraq, ölüm vaxtının hələ gəlmədiyi üçün şükr etdiyini deyib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Maraqlı xəbərləri
25 
Fev
2021
08:20
Boşadığı arvadına ev işlərini gördüyü üçün külli miqdarda təzminat ödəyəcək
178
43
3025
25 
Fev
2021
03:29
Ronaldunun pişiyi xəsarət aldı və şəxsi təyyarə ilə müalicəyə getdi – FOTO
95
376
4477