18 
Yan
2021
06:20
151
24
5006
Virtual karabakh

Amerikalı jurnalist qəhvəyə əvəz tapdı və həyatını dəyişdirdi

18 Yan, 2021
06:20
5006

Amerikalı jurnalist qəhvəyə əvəz tapdı və həyatını dəyişdirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı jurnalist Cen Qlants qəhvəyə əvəz tapıb və öz həyatını dəyişdirib. 

Bununla bağlı “Insider” məlumat yayıb. 

Jurnalistin sözlərinə görə, o, ağır iş rejimi səbəbindən gün ərzində üç fincan qəhvə içirmiş. Kofeinin artıq miqdarda qəbulu onda yuxusuzluq yaradıb, bir müddət sonra isə depressiya və stress səbəbindən ürək ağrılarından şikayətlənib.

Qadın qəhvəni hər gün səhər tezdən üç fincan limonlu su içməklə əvəzləyib və səhhəti normallaşıb. Əvvəlcə kofeinin az qəbulu onda yuxu rejimini qaydasına salıb. Yeddi həftədən sonra jurnalist həyatının dəyişdiyini, daha gümrah olduğunu deyib.

İndi o, qazlı su, çay və enerji içkilərindən tamamilə imtina etmək niyyətindədir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri