18 
Yan
2021
08:00
235
21
7700
Virtual karabakh

Fotoqraf süpürgəçini modelə çevirdi - FOTO

18 Yan, 2021
08:00
7700

Fotoqraf süpürgəçini modelə çevirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ufa şəhərindən olan fotoqraf Roman Filippov süpürgəçi işləyən keçmiş tanışı Yuranın şəkillərini çəkib və onu məşhurlaşdırıb. 

Lenta.ru xəbər verir ki, Yuranın fotoları qısa zamanda kişi jurnallarının üz qabığında yer alıb.

Az müddətdə populyarlaşan kişi qazandığı pulla borcunu qaytarıb. 

Məlumatlara görə, Roman və Yura uşaq vaxtı düşərgədə tanış olublar və uzun müddət sonra yenidən görüşüblər. Roman Yuranın problemlərini dinləyib və ona kömək etmək qərarına gəlib. 

Fotoqraf süpürgəçinin şəkillərini çəkib və sosial şəbəkədə paylaşıb, eləcə də onun problemləri haqqında yazıb. Kişi jurnallarının müəllifləri Yura ilə yaxından maraqlanıb və beləliklə Yura modelə çevrilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri