23 
Yan
2021
09:00
93
18
3525
Virtual karabakh

Smartfonların ekranını necə qorumaq lazımdır?

23 Yan, 2021
09:00
3525

Smartfonların ekranını necə qorumaq lazımdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar smartfonların ekranı ilə bağlı yaşanan problemlər istifadəçilər üçün əsl baş ağrısına çevrilib. Bu sahədə ən çox görünən problem isə ekranda matrisanın yanmasını bildirən izlərin peyda olmasıdır.

Ekspertlərin sözlərinə görə, buna səbəb smartfonlardan daha çox istifadə etməyimiz, uzun müddət ekranı yanılı vəziyyətdə saxlamağımızdır. Təxminən iki il istifadədən sonra smartfonların ekranlarında qalıq elementlər, klaviatura və ya saat izləri və s. görünməyə başlayır ki, bu da matrisanın tədricən yanmağa başladığının göstəricisidir.

Bəs bu kimi halların qarşısını almaq üçün nə etməli, smartfonlarımızı necə qorumalıyıq?

Mütəxəssislər ekranın uzunmüddətli istifadəsini təmin etmək üçün bəzi məsləhətlərə əməl etməyin vacib olduğunu bildirirlər.

Məsələn, ekran üçün qaranlıq bir mövzunun seçilməsi çox önəmlidir. Ekranın açıq qalma müddəti mütləq məhdudlaşdırılmalıdır. Bu sizi hər dəfə ekranı söndürmək kimi bir “ağır yükdən” xilas edəcək. Digər tərəfdən, əgər ekranı söndürməyi unutmusunuzsa, bu funksiyanın aktiv olması cihazınızın iş müddətini də uzadacaq.

Ekranın “ömrünü” uzatmaq üçün onun parlaqlığını azaltmaq, yalnız vacib hallarda maksimuma qaldırmaq lazımdır. Əsas ekrandakı nişanların yerini və təsviri tez-tez dəyişmək də matrisanı yanmadan qoruyur.

Ekspertlər vitrin smartfonlarının ekranının daha tez yandığını bildirirlər. Odur ki, özünüzə smartfon seçərkən diqqətli olmalı, yalnız açılmamış cihazları almalısınız.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri