23 
Yan
2021
00:30
8
305
3545
Virtual karabakh

İnternetdə öyrəndiyi fəndlə anasını qorxutmaq istəyən uşaq təsadüfən özünü boğdu

11 yaşlı uşaq internetdə bloqerlərdən birinin səhifəsində gördüyü fəndlə anasını qorxutmaq istəyərkən təsadüfən özünü boğub.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, qorxunc hadisə Moskvada baş verib.

Məlumata görə, qadın qızının dalıyca bağçaya gedib, oğlu isə evdə tək qalıb. Ana qayıtdıqda uşaq huşsuz olub. Gələn tibb işçiləri uşağa kömək edə bilməyiblər.

Sonradan uşağın bacısının dediyinə görə, faciədən iki gün əvvəl onlar qardaşı ilə internetdə “fokus”a baxıblar. Məktəbli də onlardan birini təkrarlamaq istəyib. Ehtimal ki, o, anasının qayıdışı üçün “sürpriz” hazırlayırmış.

Ananın sözlərinə görə, uşaq hiperaktiv olub. Ancaq onunla nə məktəbdə, nə də evdə problem yaşanıb.

Hazırda müstəntiqlər uşağın notbukunu və telefonunu araşdırırlar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri