23 
Yan
2021
14:30
345
21
6937
Virtual karabakh

Naməlum şəxs lotereyada bir milyard dollar uddu - VİDEO

23 Yan, 2021
14:30
6937

Naməlum şəxs lotereyada bir milyard dollar uddu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Miçiqan ştatında “Mega Millions” lotereya biletində oynanılan 1 milyard dollarlıq (1,7 milyard AZN) cekpot qazanılıb.

“RİA Novosti”nin məlumatına görə, bu, oyun tarixindəki ikinci ən böyük mükafatdır.

“1 milyard dollarlıq nominal cekpot Miçiqanda şanslı bilet sahibinə çatır. Bu, altı rəqəmin hamısının düz gəldiyi (ağ toplar 4, 26, 42, 50 və 60, həmçinin qızıl meqa top 24) yeganə biletdir”, - deyə lotereyanın veb saytında bildirilir.

Ancaq bu cekpot 2018-ci ildə Cənubi Karolinadan 1,5 milyard dollarlıq uduş rekordunu təzələyə bilməyib.

Bilet adının açıqlanmasını istəməyən qadın tərəfindən alınıb.

Qeyd edilir ki, 44 ştatın, eləcə də Kolumbiya dairəsi və Virgin adalarının sakinləri üçün açıq olan “Mega Millions” lotereyası ABŞ-da 1996-cı ildən oynanılır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri