28 
Yan
2021
05:56
24
145
6145
Virtual karabakh

Alimlər Kembricdəki skeletlərin sirrini aşkar etdilər

28 Yan, 2021
05:56
6145

Alimlər Kembricdəki skeletlərin sirrini aşkar etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı alimlər Kembricin üç fərqli ərazisində tapılan təxminən XII-XVI əsrlərə aid 12 yaş və ondan böyük 314 insanın sümüklərini təhlil ediblər.

Bu barədə “American Journal of Physical Antropology” jurnalında məlumat yer alıb.

Bildirilir ki, kilsə qəbiristanlığında dəfn olunanların çoxunda sümüklərin qırılması müşahidə edilib.

Qəbirstanlıqda olan skeletlərin 44 %-də, monastırda basdırılan skletlərin 32% -də bu cür əlamətlərə rast gəlinib. Bunların iş şəraitində yaranan zədələrdən başqa, həm də zor tətbiq edilmə səbəbindən baş verməsi də ehtimal olunur.

Tədqiqatçılar bildirirlər ki, Bütün Müqəddəslərin kilsə məzarlığında dəfn olunanlar həqiqətən çətin həyat sürüblər. Onların çoxu əl əməyi ilə kənd təsərrüfatı və tikinti işləri görən adi insanlar, monastırda dəfn olunanlar isə ya kilsə həyatı yaşayan, ya da zəngin xeyirxahlar olublar.

Sınıqlara daha çox kişilərdə rast gəlinib, ancaq qadınlarda da bunlar kifayət qədər olub.

Xəstəxanada yerləşdirilən insanların əsasən yaşlı, kasıb təbəqəyə aid olduğu və onlarda vərəm kimi xroniki xəstəliklərin olduğu müəyyənləşib.

Orta əsrlərdə müharibələrin olmasına baxmayaraq skeletlərdə silah yarası olmayıb.

Qeyd edilir ki, insanların bəzilərinin sağ tərəflərindən aldıqları zədələr avtomobil vurmasından alınan yaralara bənzəyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri