27 
Yan
2021
23:51
26
327
5076
Virtual karabakh

İçində həkimlər və xəstə olan təcili yardım maşını aşıb - VİDEO

27 Yan, 2021
23:51
5076

İçində həkimlər və xəstə olan təcili yardım maşını aşıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İçərisində həkimlər və xəstə olan təcili yardım maşını qəzaya düşərək aşıb. Yol nəqliyyat hadisəsi Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.

“RenTV” telekanalı hadisə yerindən görüntüləri təqdim edib.

İlkin məlumatlara görə, təcili yardım maşınında yaşlı xəstə olub. Videogörüntülərdə onun çevrilmiş avtomobilin salonundan çıxarılması öz əksini tapıb.  Xəstənin digər tibbi briqada tərəfindən yoluxucu xəstəliklər xəstəxanasına aparıldığı bildirilir.  

Şahidlərin sözlərinə görə, təcili yardım maşını minik avtomobili ilə toqquşmadan sonra aşıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatını aydınlaşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri