Fev
2021
08:40
23
143
8473
Virtual karabakh

Şəkildəki optik illüziya sosial şəbəkədə mübahisələrə səbəb oldu - FOTO

7 Fev, 2021
08:40
8473

Şəkildəki optik illüziya sosial şəbəkədə mübahisələrə səbəb oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə fotodakı optik illüziya ilə bağlı yayılan görüntülər istifadəçilər arasında mübahisələrə səbəb olub: istifadəçilər şəkildəkinin it, yoxsa kişi təsviri olması barədə müzakirələr aparıblar.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, istifadəçilərin bəziləri şəkildə qara it şəkli olduğunu desələr də, digərləri onun qaçan qara gödəkçəli kişinin arxadan görüntüsü olduğu barədə mübahisə ediblər.

“İti görə bilmək üçün eynək taxmalı oldum”, “Bu heyrətamizdir! Orada nə desən görmək olar, itdən başqa”, “Burada ümumiyyətlə insan fiqurunu necə görmək olar” – deyə şərhçilər mübahisə ediblər.

“The Sun” görüntünün bu qədər fərqli qəbul edilməsini şərh etmək üçün britaniyalı psixoloq Li Çembersə müraciət edib. O, şəklin necə qəbullandığının insanın ruhi vəziyyəti ilə əlaqəli olduğunu deyib.

“Əgər narahat, pessimist və ya inamsızsınızsa, böyük ehtimalla qaçan kişi görəcəksiniz. Amma əksinə, sakit və özünə inamlı bir vəziyyətdə olsanız, nikbin birisinizsə, böyük ehtimalla sevimli köpək və qarla örtülü gözəl bir mənzərə görəcəksiniz”, - deyə o, izah edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri