12 
Fev
2021
07:45
186
35
9798
Virtual karabakh

Pandemiya şəraitində qanunu pozmadan yüzdən çox qonaqlı toy etməyin yolunu tapdılar - FOTO

12 Fev, 2021
07:45
9798

Pandemiya şəraitində qanunu pozmadan yüzdən çox qonaqlı toy etməyin yolunu tapdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyada gənc cütlük koronavirus məhdudiyyətlərini pozmadan 130 nəfər qonağın dəvət olunduğu təntənəli mərasim keçirməyin maraqlı yolunu tapıblar.

Bu barədə “La Repubblica” xəbər yayıb.

Bildirilir ki, Azolo şəhərindən olan sevgililər ölkədə ilk dəfə drive-in formatında toy həyata keçiriblər. Yüzdən artıq qonaq öz avtomobillərindən çıxmayaraq nikah mərasimində iştirak ediblər.

Gənclər Alp atıcılarının yerli assosiasiyası ilə razılığa  gələrək geniş park yeri kirayələyiblər, 56 avtomobil üçün yarımsfera şəklində yerlər hazırlayıblar və onlarla ofisiant tutublar.

Kilsədə nikah mərasimindən sonra qonaqlar avtomobilində bayram tədbirinin təyin olunduğu yerə gəliblər. Burada onları qəlyanaltılar, şərab badələri və alkoqolsuz içkilər gözləyib. Cütlük üçün isə park yerinin ortasında çadır qurulub.

“Biz tədbirin alınmayacağından qorxurduq, amma mərasim çox gözəl keçdi”, - deyə sevgililər sevinclə bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri