20 
Fev
2021
17:23
234
46
3586
Virtual karabakh

Qeyri-adi etiraz aksiyası: Şaxtalı havada qarın üstündə balet oynadı - FOTO/VİDEO

20 Fev, 2021
17:23
3586

Qeyri-adi etiraz aksiyası: Şaxtalı havada qarın üstündə balet oynadı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı balerina İlmira Baqautdinova Batareynaya buxtasının müdafiəsinə diqqət çəkmək və orada taxıl terminalının inşasına etiraz üçün qeyri-adi üsul seçib.

“Strelkamag”ın məlumatına görə, ağ qu quşu rəqsini ifadə edən artist bununla bağlı videonu özünün “Facebook” səhifəsində yayımlayıb və istifadəçiləri prezidentə ünvanlanan petisiyanı imzalamağa çağırıb.

“Yazda qu quşlarının yuva qurduğu, yayda ailələrin uşaqları ilə dincəldiyi, qışda yüzlərlə balıqçının ov etdiyi, kvadrosikillər və xizəkçilər üçün parkurlarla təchiz olunan misilsiz təbii və tarixi yer… Burada təbiət insanlarla uyğunlaşır. Bütün bunlar məhv olmaq təhlükəsi astanasındadır”, – deyə Baqautdinova bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri